Cəmi 1556 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Bakcell-in balans oğurluğu və qeyri-adekvat müştəri xidməti
Akif **A
Akif **A
5 ay öncə
Şikayətim Bakcell-dəndir.
Yazı uzun olacaq. Əvvəlcədən vaxtınızı aldığım üçün üzr istəyirəm!
Deməli Klass11 istifadə edirəm. Hər ayın 25-i paket yeniləndiyi üçün ayın 24-ü balansa 11 azn yükləyirəm. Yanvar ayında eyni qayda ilə balansa 11 azn yüklədim və Bakcell tətbiqi ilə yoxladım hər şey qaydasında idi. Lakin növbəti gün balansımın sıfırlandığını gördüm. Baxdım ki, Klass11 paketi yenilənməyib. Balansımdakı məbləğ zəng və data istifadəsinə xərclənib və bitib. Bakcell tətbiqində istifadə tarixçəsinə baxdım ki, ayın 24-ü balansımdan 0.03 AZN silinib. Silinmə səbəbi "Content 0 dəfə" göstərilib. Bakcelə bununla bağlı müraciət etdim. Bildirdilər ki, araşdırıb məlumat veriləcək. Növbəti gün Bakcelldən sms daxil oldu ki, guya sizinlə kimsə əlaqə saxlayıb və sorğunuz bağlanıb. Halbuki nə mənə zəng edən olub nə də sms yazılıb. Yenidən Bakcellə müraciət etdim. Məlumat verdilər ki, guya həmin məbləğ ulduzum üçün silinib. İzah etdim ki, mən heç vaxt belə xidmətdən istifadə etməmişəm. Dedilər əlavə məlumat üçün Bakcellə yaxınlaşın. Elə həmin gün Bakcell mərkəzinə getdim. Orada 40 dəqiqə araşdırdıqdan sonra telefonumda sms və tətbiqləri yoxlayandan sonra konkret cavab verə bilmədilər. Dedilər yeni sorğu açırıq daha dərindən araşdıraq. 8 gün keçdi heç bir məlumat verilmədi. Yenidən müraciət etdim. Dedilər hələ araşdırırıq. Növbəti gün sms gəldi ki, guya sizdə çətinlik aşkarlanmayıb. Yenidən müraciət (artıq 5ci müraciətimdir) etdim. Dedilər guya ayın 8-i mən Ulduzum kodu almışam və məbləğ 24-ü çıxılb balansımdan. Amma özüm qədər əminəm ki, ulduzum üçün nə sms göndərmişəm (onlar bunu öz sistemlərində də tapa bilmədilər) və də ümumiyyətlə Ulduzum adlı tətbiq tanımıram. Bir sözlə bu qədər vaxt və vəsait sərf etsəm də bu "oğru" Bakcell-ə bunu sübut edə bilmədim. Vaxtım yoxdur. Əks halda məhkəməyə verib sübut edərdim.
Eyni bu qaydada əvvəllər də balansımı sıfırlayıblar. O vaxtlar guya izah edirdilər ki, gecə telefonum data istifadə edib ona görə balansımdan pul çıxıblar. Həmin vaxtlar saat 12də paket yenilənməli olduğu halda yenilənmirdi. Bir neçə saat sonra yeniləyirdilər ki, o boş qalan vaxtda balansdan məbləğ silinsin ki, paket yenilənməsin və balans tam olaraq oğurlansın.
Mən əminəm ki, bu oğurluq alqoritmlərini Bakcellin bəzi əməkdaşları unitazda oturaraq düşünür və rəhbərlərinə təqdim edir. Əvəzində isə bonuslar alıb aidiyyəti üzrə xərcləyirlər.
Açılan sorğuları isə özləri araşdırdığı üçün adekvat yanaşmırlar.
Oxunub: 84 dəfə.
Kateqoriya: Şikayətlər
bakcell   in   balans   ogurlugu   ve   qeyri   adekvat   musteri   xidmeti  
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Bakcell Barədə Digər Şikayətlər
Akif **a
Şikayətim Bakcell-dəndir. Yazı uzun olacaq. Əvvəlcədən vaxtınızı aldığım üçün üzr istəyirəm! Deməli Klass11 istifadə edirəm. Hər ayın 25-i paket yeniləndiyi üçün ayın 24-ü balansa 11 azn yükləyirəm. Yanvar ayında eyni qayda ilə balansa 11 azn yüklədim və Bakcell tətbiqi ilə yoxladım hər şey qaydasında idi. Lakin növbəti gün balansımın sıfırlandığını gördüm. Baxdım ki, Klass11 paketi yenilənməyib. Balansımdakı məbləğ zəng və data istifadəsinə xərclənib və bitib. Bakcell tətbiqində istifadə tari..
0 0 0 85
Günel
1 aya qiyməti 2 azn qaldırıblar)) sürət isə zay. Bakcell..
Baksel tariflərində dələduzluq
0 0 0 98
İbra **a
Bakcell zəng vurub ,, konturu geri qaytarilmasını istədim və 1GB &60dəq verilən bonusları istəmədiyimi söylədim , operator xanım bunun mümkun olmadığını dedi və bu bakcell in qanunudu söylədi … Və məndə bu danışığları video ilə qeyda aldığımı dedim , bu baredə paylaşım edeceymi deyən kimi konturu geri qaytaridilar ))) (Bakcell ogrudur millətin cibinə girir acığ aşkar)..
0 0 0 115
Cala **a
Azərbaycan nömrələrinə xarici saytların heç birindən sms gəlmir. Google,Microsoft,Instagram,Facebook və.s Yəni indi yeni bir google account açsanız aça bilməyəcəksiz. Yaxud itirdiyiniz accountu qaytara bilməyəcəksiz heç bir saytdan çünki sms kodu gəlmir. Neçə dəfə şikayət etmişəm xeyri yoxdu. Bunlara görə neçə dənə accountuma girə bilmirəm hansı ki ikili doğrulama iatəyir profilə girmək üçün. Toplu şəkildə şikayət olsa bəlkə düzəldələr. Azercelldə də eyni vəziyyətdi deyəsən...
Nömrəmə hec bir sms gəlmir
0 0 0 93
Feri **r
Salam, şikayətim 'hörmətli" bakcell-dəndi. Bu da təzə çıxıb həm istifadə üçün pul çıxlır həm də nömrə aktiv olmaq üçün kontur vurmalıyıq? Hansı məntiqlə işləyirlər onlar? Nə hikmətdirsə, ləğv etmək də olmur...
0 0 0 62
Suna **s
Daimonline 11 paketini istifadə edirəm, lakin göstərilən internet həcmi tez bir zamanda bitir və heç bir şəraitdə gözlənilən sürəti təmin etmir. Üstəlik, paket aktiv olduğu halda internetin dayanması və yenidən qoşulmaqda problemlərin yaranması məni çox narahat edir. Belə keyfiyyətsiz xidmət Bakcell kimi böyük bir şirkətə yaraşmaz. Problemə tezliklə aydınlıq gətirilməsini və xidmət keyfiyyətinin artırılmasını tələb edirəm! ..
0 0 0 102
Xəya **ə
Bakcell Bezmədiniz pul yeməkdən balansdan?(Haram xoşunuz olsun!) Nə vaxta qədər sizin bu şərəfsizliyiniz davam edəcək? Siz deyəsən millətə açıq aşkar bilidirirsiz ki nə istəyirik onuda edirik hə?? Millət artıq operator dəyişir , siz hələ də qudurğan əməllərinizdən əl çəkmirsiz . Bilərəkdən şəxsi mesaj bölməsini bağlamısız ki nə yazmaq olsun nədəki şikayət etmək. Sadəcə bir sualım var ! Siz bu pulları niyə və nəyə oğurlayırsız balansdan? Heç olmasa yazın bildirin ki bu səbəblərdən dolayısı oğurl..
0 0 0 109
Adsı **d
Dilənçi bakcell yenə öz ampulasındadır. Bəsdi bezdim. Sizin nə haqqınız var mənim balansımdan 1.20 silib megabayt verəsiniz. Mən belke istemirem ele nömrem açıq olsun. 20qepiye verdiyiniz megabaytı 1.20 çıxaraq vermək nə deməkdir. Bunun adı dilənçilikdi. Qaytarın mənim pulumu balansa qaytarmasınız sizdən şikayət yazacam bəsdi bezdirmisiniz siz məni..
0 0 0 87
Amil **a
Şikayetim bakseldendir...
Baksel niye bele edir?
0 0 0 77
Aytə **q
Şikayətim bakcell dəndir. öz-özlərinə aylıq abunə haqqı çıxırlar, öz-özlərinə tarifə qoşurlar. Bu nə özbaşnalıqdır? Telefona cavab vermirlər ki, adam bir sözünü deyə bunlara. 60 dəq ölkədaxili zəng mənim nəyimə lazımdı axı? ! özünüzə çəki-düzən verin artıq. çoxdan işlətdiyim nömrəm olmasaydı çoxdan rədd etmişdim bakceli. ..
Bakcell şikayətim var
2 0 5 134
Rash **a 8 ay öncə

Nömrə daşıma edə bilərsiniz də nömrənizi itirmədən. Bakcelle keçirilen her saniye ziyandi))..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər