Cəmi 1556 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Bakcell-in balansı sıfırlaması və məsuliyyətsiz xidməti
Adsı **d
Adsı **d
5 ay öncə
Hər ay Klass11 paketi üçün balansıma 11 AZN yükləyirəm. Yanvarda da eyni qaydada yüklədim, amma növbəti gün balansımın sıfırlandığını gördüm. Paket yenilənməyib, pul isə zəng və internetə gedib. Bakcell tətbiqində baxdım, balansımdan 0.03 AZN “Content 0 dəfə” adıyla çıxılıb.

Müraciət etdim, dedilər araşdıracağıq. Sonra sms gəldi ki, guya mənimlə əlaqə saxlanılıb və sorğu bağlanıb – amma nə zəng olub, nə də sms! Yenidən yazdım, dedilər “Ulduzum” xidməti üçün pul çıxılıb. Halbuki mən bu xidməti heç vaxt aktiv etməmişəm.

Mərkəzə getdim, 40 dəqiqə yoxladılar, heç nə tapmadılar, yeni sorğu açdılar. 8 gün keçdi, səs-soraq yox. Yenə yazdım, dedilər hələ araşdırılır. Nəhayət, mesaj gəldi ki, “çətinlik aşkarlanmadı”. Beşinci dəfə müraciət edəndə dedilər ki, guya ayın 8-də Ulduzum kodu almışam, pul da 24-ü çıxılıb. Amma mən Ulduzum nədir, necə işləyir bilmirəm! Öz sistemlərində də mənim bu xidməti aktiv etdiyimi tapa bilmədilər.

Bu, ilk dəfə deyil, əvvəllər də balansımı sıfırlayıblar. Paket gecikdirilir, boş vaxtda balansdan pul silinib yenilənməyə qoyulmur. Açıq-aşkar balansı əritmək üçün sistem qurublar. Şikayət yazırsan, elə özləri araşdırıb “problem yoxdur” cavabı verirlər.

Belə məsuliyyətsizlik olmaz!

Oxunub: 84 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Bakcell Barədə Digər Şikayətlər
Nazr **z
Salam. Bakcell ümid edirəm bu məsələyə aydınlıq gətirərsiniz. Artıq şübhəyə düşmüşəm ki, xəbərimiz olmadan, 20 qəpik, 50 qəpik belə-belə cibimizə girirsiz. Deməli, 2 mart axşam(dünən) , balansımda vəsait olduğunu bildiyim üçün zəng etdim, amma zəngim açılmamış adboy elədim. Sonra bir də zəng vuranda dedi ki, balansda kifayət qədər vəsait yoxdur, kontur yüklədim yenə vəsait yoxdur. Nömrə aktiv deyil demirdi, vəsait yoxdur deyirdi. Yenə kontur yüklədim, yenə olmadı. Neçə dəfə zəng etdim amma eyni..
Bakcell, balansımız niyə belə azalır?  Bakcell, balansımız niyə belə azalır?
0 0 0 58
Adsı **d
Dilənçi bakcell yenə öz ampulasındadır. Bəsdi bezdim. Sizin nə haqqınız var mənim balansımdan 1.20 silib megabayt verəsiniz. Mən belke istemirem ele nömrem açıq olsun. 20qepiye verdiyiniz megabaytı 1.20 çıxaraq vermək nə deməkdir. Bunun adı dilənçilikdi. Qaytarın mənim pulumu balansa qaytarmasınız sizdən şikayət yazacam bəsdi bezdirmisiniz siz məni..
0 0 0 87
Qali **a
Salamlar.şikayetim bakcelldendir.müsleri xxdmetlerine qoşula bilmirem.bu biabirçiligi aradan qaldirin.balansima girmisiniz cehenneme hec olmasa telefona cavab verinde.cavab olaraq deyecekler ki xetler mesguldur.ondansa operatorla çoxaldin.millet tetbiqe gore bos bekar gozlemesin..
Müştəri xidmətlərinə zəng çatmır
0 0 0 78
Feri **r
Salam, şikayətim 'hörmətli" bakcell-dəndi. Bu da təzə çıxıb həm istifadə üçün pul çıxlır həm də nömrə aktiv olmaq üçün kontur vurmalıyıq? Hansı məntiqlə işləyirlər onlar? Nə hikmətdirsə, ləğv etmək də olmur...
0 0 0 62
Rauf **r
#bakcell dünən səhər baxanda 20 GB internetim var idi. İndi 1 dəqiqə ərzində sms gəlir ki 20% qalıb, 10 saniyə sonra ikinci sms gəlirki 10% qalıb. Girib baxıram 20MB qalıb. 60 GB paketi 25 noyabrda almışdım 29 günə 40 GB işlətmişdim. 1 günə necə oldusa 20GB birdən işləndi. Bunu onsuzda sabah yeni internet paketi alacaqdım. Bir günlə yalandan balans dan qalıq Gb-ları silməklə varlı olursunuz? Müştəri xidməti həmişəki kimi məşğuldur...
Bakcell internet balansının qəfil azalması problemi
0 0 0 112
Adsı **d
Salam. Deməli,bugun Bakcell mene ozel teklif gönderib.Cemi 24.9 azn-ə star 15 pro(1250 deq+15gb) mən də dushundum,dashindim və qərar verdim ki bu tarifə kecim.Hazirda məndə star 8dir.Qiyməti də 19.9dir və ayligin vaxti bitib.İndi mən yeni tarifə kecid etməyim ucun kodu yigiram sms gəlir ki balansinizi artirin.Balansi artirsam star 8ə 19.9 cixacaq.Bakcelə yazmisham,geridonush edirlerki bashqa bir minimal tarifə kecid et 6 azn xidmət haqqi tutulsun daha sonra 24.9-da yuklə və kodu yig.gəlib 30.9 ..
Bakcell-in “Ağıllı” Tarif Keçid Sistemi – Müştərilərlə Məzələnməkdən Bezmir!
0 0 0 83
Nahi **a
Bakcell bilirəm hər gün xatırlatmağa ehtiyac yoxdur..
Bakcell hər gün mesaj atmasın!
0 0 0 82
Guls **s
Salam, bakcell balansımda 2.99 man vardi dünen axşam saatinda 1.99 çıxılib. Birdefəlik serfiyyat yazib. Nedi bu bele. Gece gece 1den sonra cixilib ozu de. Neyese abune zadda deyilem...
Bakcell balansından gecə vaxtı çıxılan 1.99 AZN nə ilə bağlıdır?
0 0 0 52
Cala **a
Azərbaycan nömrələrinə xarici saytların heç birindən sms gəlmir. Google,Microsoft,Instagram,Facebook və.s Yəni indi yeni bir google account açsanız aça bilməyəcəksiz. Yaxud itirdiyiniz accountu qaytara bilməyəcəksiz heç bir saytdan çünki sms kodu gəlmir. Neçə dəfə şikayət etmişəm xeyri yoxdu. Bunlara görə neçə dənə accountuma girə bilmirəm hansı ki ikili doğrulama iatəyir profilə girmək üçün. Toplu şəkildə şikayət olsa bəlkə düzəldələr. Azercelldə də eyni vəziyyətdi deyəsən...
Nömrəmə hec bir sms gəlmir
0 0 0 93
Nami **m
Şikayətim Bakcell dəndir. İnternet paketinin yenilənməsi üçün Balansımda yetərli kontur yoxdursa əgər siz hansı hüquqla zənglərin danışıq tarifini ona görə qaldırırsız?? Bakcell kimi fırıllaq şəbəkə hələ görməmişəm..
Baksel kimi firildaq sebeke gormemisem!!
0 0 0 63

Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Kapital Bank 25 ş.
Umico 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər